Portuqaliyaya yollanır
“Qəbələ”nin 11 yaşa qədər futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak etmək məqsədilə Portuqaliyaya yollanır. “Yuventus” (İtaliya), “Portu”, “Benfika”, “Nasional” (hamısı Portuqaliya), “Vilyarreal”, “Deportivo” (hər ikisi İspaniya), “Olimpik” Marsel, “Lorien” (hər ikisi Fransa) kimi tanınmış klubların iştirakı ilə 24-30 iyun tarixlərində baş tutacaq ənənəvi IBERCUP – 2012 paytaxt Lissabonda keçiriləcək. “Qəbələ” Portuqaliyaya aşağıdakı heyətlə yola düşəcək:
Qapıçılar:
Elməddin Sultanov, Pünhan Hacıbalayev
Müdafiəçilər:
Salman Ələsgərov, Taleh Hacızadə, İdris İnqilablı, Tamerlan Rizvanov, Nicat Verdiyev
Yarımmüdafiəçilər:
Cavanşir Cavanşirov, Veysəl Rzayev, Anar Əsgərov, Samir Qurbanov, Nicat Oruclu
Hücumçular:
Orxan Abdullayev, Təbriz İsazadə
32 komandanın iştirak edəcəyi turnirdə “Qəbələ” ilkin mərhələdə H qrupunda “Lorien” (Fransa) UC Venesuela (Venesuela) və CIF (Portuqaliya) komandalarına qarşı mübarizə aparacaq. Təmsilçimiz iyunun 25-i CIF, 26-ı “Lorien”, 27-i isə UC Venesuela ilə üz-üzə gələcək.