UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Proqres” (Lüksemburq) matçına təyinatlar açıqlanıb. “Qırmızı-qaralar”ın iyulun 12-də keçirəcəyi ev oyununun hakimləri, hakim-inspektoru və UEFA nümayəndəsi müəyyənləşib. Qəbələ şəhər stadionunda baş tutacaq matçı moldovalı Vyaçeslav Banari idarə edəcək. Onun köməkçiləri həmyerliləri Vasili Ermişin, Dimitri Çiobanu və Andrey Kojakaru olacaq. Bu qarşılaşmada Xorvatiyalı İqor Pristovnik hakim-inspektor, gürcüstanlı Nikoloz Jqarkava isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Xatırladaq ki, “Qəbələ” – “Proqres” görüşü saat 20:00-da başlayacaq.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
12 iyul
20:00. “Qəbələ” (Azərbaycan) – “Proqres” (Lüksemburq)
Baş hakim: Vyaçeslav Banari
Baş hakimin köməkçiləri: Vasili Ermişin, Dimitri Çiobanu
Dördüncü hakim: Andrey Kojakaru (hamısı Moldova)
Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya)
UEFA nümayəndəsi: Nikoloz Jgarkava (Gürcüstan)
Qəbələ şəhər stadionu