Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürəcək. İlk oyunlar çərçivəsində hər iki matç eyni gündə baş tutacaq. “Qəbələ” öz meydanında “Qarabağ”la qarşılaşacaq. Ümumiyyətlə, komandalar 10 gün ərzində iki dəfə kubok, bir dəfə çempionatda üz-üzə gələcək.
İndiyədək 64 dəfə qarşılaşan komandaların duellərinin sayı 67-yə çatacaq. Əvvəlki qarşılaşmalarda 12 dəfə qalib gələn “qırmızı-qaralar” 20 qarşılaşmada heç-heçə edib. Digər 32 matçda isə Ağdam təmsilçisi qələbə qazanıb. 51 qol vuran futbolçularımız öz qapısından 97 top buraxıb.
Ölkə kubokunda komandalar 11 matça çıxıb. 2 qələbə və 5 heç-heçəsi olan “Qəbələ” 4 görüşdə uduzub. 8 qola imza atan komandamız 14 top buraxıb.
Premyer Liqada keçirilən 53 oyunda 10 qələbəsi olan komandamız 15 dəfə meydanı sülhlə tərk edibsə, 28 dəfə uduzub. Rəqib qapısına 43 dəfə yol tapan “qırmızı-qaralar” 83 top buraxıb.
“Qəbələ” 32-ci dəfə “Qarabağ”ı qəbul edəcək. Komandamız əvvəlki ev oyunlarında 8 qələbə qazanıb, 11 heç-heçə edib və 12 dəfə uduzub. Bu görüşlərdə rəqib qapısından 29 top keçirən futbolçularımız 39 qola üzülüb.
Xatırladaq ki, aprelin 20-də baş tutacaq “Qəbələ” – “Qarabağ” oyunu saat 17:30-da başlayacaq.
2006/07 mövsümü
20.08.2006. Premyer Liqa. Gilan (Qəbələ) - Qarabağ (Ağdam) - 0:2
Kənan Kərimov, 29, Vasif Haqverdiyev, 88
22.02.2007. Premyer Liqa. Qarabağ (Ağdam) - Gilan (Qəbələ) - 3:2
Vaqif Cavadov, 20, Kənan Kərimov, 24, Aslan Kərimov, 60 – Vasif Əliyev, 76, Samir Zərgərov, 81
2007/08 mövsümü
06.10.2007. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:2
Bokunqu Ncioli Fiston, 62 // Aslan Kərimov, 13, Qoqa Beraya, 52
13.04.2008. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:1
Kənan Kərimov, 8, Aslan Kərimov, 56 // Vladimir Taranu, 80
2008/09 mövsümü
20.09.2008. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:2
Kənan Kərimov, 78 // Emin İmaməliyev, 31, Vaqif Cavadov, 85
15.03.2009. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:0
2009/10 mövsümü
23.09.2009. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:0
06.12.2009. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Tomaş Stolpa, 52 (p.) // Rəşad Sadiqov, 78
21.03.2010. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 3:1
Paulino Lopes Tavares, 49, İqor Melnik, 73, 84 // Georgi Adamiya, 43
24.04.2010. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:1
Rauf Əliyev, 10 // Kənan Kərimov, 18 (p.)
2010/11 mövsümü
25.09.2010. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:1
Deon Burton, 57, Branimir Subaşiç, 72 // Emin İmaməliyev, 83
13.02.2011. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 3:0
Rauf Əliyev, 15, Georgi Adamiya, 63, Əfran İsmayılov, 75
2011/12 mövsümü
27.08.2011. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:1
Viktor Mendi, 37
21.12.2011. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:0
14.03.2012. Azərbaycan kuboku. Qəbələ - Qarabağ (Ağdam) - 2:2
Viktor Mendi, 41; Dodo, 65 // Rauf Əliyev, 46; Muarem Muarem, 90
18.03.2012. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:1
İlqar Qurbanov, 90+1 // Viktor Mendi, 16
28.03.2012. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 0:0
14.04.2012. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:0
Yannik Kamanan, 70
2012/13 mövsümü
31.10.2012. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:2
Muarem Muarem, 59 // Rəşad Abdullayev, 32, Dodo, 34
10.02.2013. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Luka Zinko, 41 // Riçard Almeyda, 55 (p.)
27.02.2013. Azərbaycan kuboku. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Dodo, 33 // Vüqar Nadirov, 56
07.03.2013. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 0:0
30.03.2013. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:0
Riçard Almeyda, 39
28.04.2013. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:2
Reynaldo Silva, 69, 77
2013/14 mövsümü
25.08.2013. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:1
Vüqar Nadirov, 16
03.11.2013. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 4:3
Nikolas Gelaşvili, 26, 50, Vüqar Nadirov, 37, Marinaldo da Silva, 65 // Lorenso Ebesilio, 72, Leonardo da Silva, 78, Dodo, 86
08.02.2014. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:1
Reynaldo Silva, 74
12.03.2014. Azərbaycan kuboku. Qəbələ - Qarabağ (Ağdam) - 0:0
19.03.2014. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 1:2
Reynaldo Silva, 60 // Daniel Subotiç, 45+1; Viktor Mendi, 81
30.03.2014. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 3:0
Marinaldo Silva, 48, Reynaldo Silva, 65, 87
2014/15 mövsümü
17.10.2014. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:0
Vüqar Nadirov, 45+2, Reynaldo Silva, 89(p.)
14.12.2014. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:1
Bəxtiyar Soltanov, 46, Dodo, 60 // Namiq Ələsgərov, 23
28.02.2015. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:1
Namiq Ələsgərov, 45 (ö.q.)
02.05.2015. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Reynaldo, 55 // Cavid Hüseynov, 90(p.)
2015/16 mövsümü
10.08.2015. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:2
Sergey Zenyov, 32, Samir Zərgərov, 87 // Riçard Almeyda, 62 (p.), 83
19.12.2015. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:1
Əfran İsmayılov, 79 // Ermin Zets, 4
19.03.2016. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:2
Sergey Zenyov, 17 // Migel Madera, 9, Mahir Mədətov, 72
11.05.2016. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:0
Dani, 17, 32
2016/17 mövsümü
02.10.2016. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:0
Filip Ozobiç, 11; Baqali Dabo, 14
29.11.2016. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:1
Riçard Almeyda, 87 (p.); Dino Ndlovu, 90+4 // Filip Ozobiç, 64
19.02.2017. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:0
Sergey Zenyov, 30; Filip Ozobiç, 68
09.04.2017. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:0
05.05.2017. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 2:0
Mahir Mədətov, 52; Ürfan Abbasov, 68 (ö.q.)
2017/18 mövsümü
26.08.2017. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:1
Mahir Mədətov, 63; Markos Madera, 73 // Stiven Monroz, 69
22.10.2017. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:0
Asif Məmmədov, 8
10.02.2018. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 0:0
21.05.2018. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:1
Dani Kintana, 22 (p.)
2018/19 mövsümü
23.09.2018. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 4:1
Abdullah Zubir, 30, 73; Araz Abdullayev, 45+1; Con Delarj, 61 // Rasim Ramaldanov, 90
11.11.2018. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 1:3
Ceyms Adeniyi, 31 // İnnosent Emeqara, 47; Markos Madera, 65; Filip Ozobiç, 68
17.02.2019. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 2:1
Riçard Almeyda, 4 (p.); Filip Ozobiç, 30 // Cavid Hüseynov, 29 (p.)
07.04.2019. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 1:2
Rauf Əliyev, 23 // Donald Qerye, 3; Araz Abdullayev, 83
23.04.2019. Azərbaycan Kuboku. Qəbələ – Qarabağ (Ağdam) – 1:0
Ceyms Adeniyi, 73
01.05.2019. Azərbaycan Kuboku. Qarabağ (Ağdam) – Qəbələ – 2:1
Markos Madera, 37; Dani Kintana, 58 // Davit Volkov, 82
2019/20 mövsümü
25.08.2019. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 3:0
Riçard Almeyda, 62 (p.); Maqaye Qeye, 63; Abdullah Zubir, 80
19.10.2019. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 1:1
Qismət Alıyev, 3 // İsmayıl İbrahimli, 9
2020/21 mövsümü
17.10.2020. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 3:0
Donald Qerye, 43; Patrik Andrade, 89 (p.); Toral Bayramov, 90+1
20.12.2020. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 1:1
Rafael Utriq, 83 // Filip Ozobiç, 51
01.02.2021. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 3:1
Kvabena Ovusu, 55; Mahir Emreli, 73, 75 // Ceyms Adeniyi, 88
06.02.2021. Azərbaycan kuboku. Qəbələ - Qarabağ (Ağdam) – 0:3
Maksim Medvedev, 6; Patrik Andrade, 45+4 (p.), 48
02.03.2021. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 3:0
Filip Ozobiç, 22, 34 (p.); Mahir Emreli, 38
25.04.2021. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 0:5
Xayme Romero, 64; Qara Qarayev, 68; Mahir Emreli, 88, 89, 90
2021/22 mövsümü
03.10.2021. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 2:0
Abdullah Zubir, 52; Ramil Şeydayev, 66
29.11.2021. Premyer Liqa. Qəbələ – Qarabağ (Ağdam) – 0:0
06.03.2022. Premyer Liqa. Qarabağ (Ağdam) – Qəbələ – 5:1
Kadi Borqes, 16; Vadji İbrahima, 51; Kevin Medina, 65; Filip Ozobiç, 68; Abdullah Zubir, 89 // İsnik Alimi, 40 (p.)