«Qəbələ» «Qarabağ»la oyunun hazırlığını davam etdirir
Xəbərlər / 20 Sentyabr 2018 | 20:52248
«Qəbələ» «Qarabağ»la oyunun hazırlığını davam etdirir

“Qəbələ” Topaz Premyer Liqasının V turunun “Qarabağ”la səfər matçının hazırlıqlarını davam etdirir. Sentyabrın 16-da səfərdə “Sabah”la qarşılaşan (0:1) “qırmızı-qaralar” oyunun ertəsi gün bərpa məşqi keçib, ardınca buraxıldığı birgünlük istirahətdən geri dönüb. Dünən Bakıda bir araya gələn komandamız hazırlıqlarını paytaxtda gerçəkləşdirrir. Baş məşqçi Sənan Qurbanovun yetirmələri “Bakı” FK-nın təlim-məşq bazasında hazırlıq keçir. Bugünkü məşq prosesi günün ikinci yarısına təsadüf edib. Futbolçular toplu çalışmaları yerinə yetirib. Zədəsini sağaldan Stiven Monroz da komanda ilə birlikdə çalışıb. 

Xatırladaq ki, Topaz Premyer Liqasının V turunun “Qarabağ” – “Qəbələ” oyunu sentyabrın 23-də “Azərsun Arena”da keçiriləcək. Matç saat 20:30-da başlayacaq.