“Qəbələ” “Qarabağ”la üz-üzə
Xəbərlər / 3 Dekabr 2024 | 11:1910988
“Qəbələ” “Qarabağ”la üz-üzə

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə start veriləcək. “Qəbələ” mərhələnin ikinci oyun günündə meydana çıxacaq.

 

Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda sabah "Qarabağ”la qarşılaşacaq. Son ölkə çempionu və kubokunun qalibi ilə görüş Qəbələ şəhər stadionunda baş tutacaq.

 

Bu, “qırmızı-qaralar”ın cari mövsümdə kubokdakı ikinci sınağı olacaq. “Qəbələ” II təsnifat mərhələsində “Baku Sportin”"lə üz-üzə gəlib. Komandamız ev qarşılaşmasında 4 cavabsız qolla qələbə qazanıb.

 

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” matçı saat 16:00-da başlayacaq.

 

Azərbaycan kuboku

1/8 final

4 dekabr (çərşənbə) 
16:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Kərim Zeynalov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu