Topaz Premyer Liqasında IX turun təyinatları açıqlanıb. Bu gün start götürəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər, həmçinin hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Qarabağ”la ev oyununun təyinatları da bəlli olub. Oktyabrın 22-də keçiriləcək oyunu Ömər Paşayev idarə edəcək. Qəbələ şəhər stadionundakı matçda onun köməkçiləri Namiq Hüseynovla Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını Rauf Cabbarov yerinə yetirəcək. Matçın AFFA nümayəndəsi Şaiq Həmidov, hakim-inspektor Əli Hüseynov olacaq.
Xatırladaq ki, oktyabrın 22-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qarabağ” matçı saat 18:30-da başlayacaq.
Topaz Premyer Liqası
IX tur
22 oktyabr (bazar)
18:30. “Qəbələ” – “Qarabağ”
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Akif Əmirəli
Dördüncü hakim: Rauf Cabbarov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu