Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi açıqlanıb. Bu qarşılaşmalar fevralın 6-7-də keçiriləcək. “Qəbələ” öz meydanında “Qarabağ”la görüşəcək. Matç fevralın 6-da baş tutacaq. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 15:00-da başlayacaq. Oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan kuboku
1/4 final
Cavab oyunları
6 fevral (şənbə)
15:00. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu