«Qəbələ» «Qarabağ» oyunu öncəsi son məşqinə çıxdı
Xəbərlər / 29 Mart 2014 | 15:24214
Premyer Liqanın XXVIII turu çərçivəsində səfərdə "Qarabağ"la qarşılaşacaq "Qəbələ" bu gün paytaxtda - Tofiq Bəhramov adına mərkəzi stadionda oyun öncəsi son məşqinə çıxıb. Baş məşqçi Yuri Syominin rəhbərliyi altında baş tutan məşqdə zədəsi olan İbrahima Niasse, Omar Kalabane və Nikola Valentiç yer almayıb. Hazırlıq prosesi zamanı futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Xatırladaq ki, "Qəbələ" "Qarabağ"la martın 30-u saat 18:00-da paytaxtda üz-üzə gələcək. Oyun "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.