Misli Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb. Bu barədə qərarı PFL verib.
“Qarabağ” klubunun rəsmi müraciəti, “Qəbələ” klubunun razılıq məktubu, PFL Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndi nəzərə alınaraq “Qarabağ” klubunun ölkəmizi Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə Misli Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Qarabağ” oyunu PFL tərəfindən təxirə salınıb. Görüşün oynanılma vaxtı hələlik dəqiqləşməyib. Komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun təqvimə uyğun şəkildə reallaşacaq.