Topaz Premyer Liqasının VII turunun bütün təyinatları müəyyənləşib. “Qəbələ”nin “Qarabağ”la ev matçının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi də bəlli olub. Oktyabrın 2-də keçiriləcək matçın baş hakimi funksiyası Rəhim Həsənova tapşırılıb. Ona Yaşar Abbasov və Akif Əmirəli kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Coşqun Həsənov olacaq. Fariz Yusifovla Əliyar Ağayev görüşə əlavə köməkçi hakimlər kimi təyinat alıblar.
Ədalət təmsilçilərinin işinə Rövşən Əhmədov qiymət verəcək. Matçın AFFA nümayəndəsi Məmmədəli Məmmədov olacaq.
Xatırladaq ki, oktyabrın 2-də baş tutacaq “Qəbələ” – “Qarabağ” matçı Qəbələ şəhər stadionunda keçiriləcək. Oyun saat 19:00-da başlayacaq.
Topaz Premyer Liqası
VII tur, 02 oktyabr (bazar)
19:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu