«Qəbələ» - «Qarabağ» oyununun hakimləri müəyyənləşdi 
Xəbərlər / 18 May 2018 | 19:32647
«Qəbələ» - «Qarabağ» oyununun hakimləri müəyyənləşdi 

Topaz Premyer Liqasında 2017/18-ci illər mövsümünün son turunun təyinatları açıqlanıb. Mayın 20-də start götürəcək XXVIII turun qarşılaşmalarını idarə edəcək hakimlər, həmçinin AFFA nümayəndələri və hakim-inspektorlar müəyyənləşib. Turun son oyununda “Qarabağ”la qarşılaşacaq “Qəbələ”nin də matçına təyinatlar bəlli olub. Mayın 21-də keçiriləcək oyunu Rəşad Əhmədov idarə edəcək. Onun köməkçiləri Rza Məmmədovla Knyaz Əmiraslanov olacaqlar. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. 

Xatırladaq ki, mayın 21-də “Azərsun Arena”da keçiriləcək “Qəbələ” - “Qarabağ” matçı saat 19:00-da başlayacaq.

 

Topaz Premyer Liqası

XXVIII tur

21 may (bazar ertəsi)

19:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Rəşad Əhmədov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Ramiz  Mustafayev

Hakim-inspektor: Əli Hüseynov 

“Azərsun Arena"