Topaz Premyer Liqasında XI turun təyinatları açıqlanıb. Noyabrın 10-11-də keçiriləcək oyunların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub. Öz meydanında “Qarabağ”ı qəbul edəcək “Qəbələ”nin matçının təyinatları da müəyyənləşib.
Noyabrın 11-də baş tutacaq görüşü Rauf Cabbarov idarə edəcək. Ona Namiq Hüseynovla Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını Ramiz Məhərrəmov yerinə yetirəcək. Füzuli Nəcəfov oyunun hakim-inspektoru, Erkin Hüseynov AFFA nümayəndəsi olacaq.
Xatırladaq ki, noyabrın 11-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 17:30-da başlayacaq.
Topaz Premyer Liqası
XI tur
11 noyabr (bazar)
17:30. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Füzuli Nəcəfov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu