Topaz Premyer Liqasının XXIII turunun təyinatları açıqlanıb. Aprelin 6-7-də keçiriləcək oyunların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Turun ikinci günündə “Qarabağ”ı qəbul edəcək “Qəbələ”nin matçına təyinatlar da bəlli olub. Görüşü Səbuhi Bayramov idarə edəcək. Onun köməkçiləri Yaşar Abbasovla Müslüm Əliyev olacaq. Kamal Umudlu dördüncü hakim vəzifəsini yerinə yetirəcək. Qəbələ şəhər stadionundakı qarşılaşmanın hakim-inspektoru Şahin Cəfərov, AFFA nümayəndəsi Şaiq Həmidov olacaq.
Xatırladaq ki, aprelin 7-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 14:00-da başlayacaq.
Topaz Premyer Liqası
XXIII tur
7 aprel (bazar)
14:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Kamal Umudlu
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Qəbələ şəhər stadionu