Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları üçün bütün təyinatlar açıqlanıb. Aprelin 23-də keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Finala vəsiqə uğrunda dueldə “Qarabağ”la görüşəcək “Qəbələ”nin ilk oyununun təyinatları da bəlli olub. Qəbələ şəhər stadionundakı qarşılaşmanı Vüqar Həsənli idarə edəcək. Onun köməkçiləri Mübariz Haşımovla Cəmil Quliyev, dördüncü hakim isə Kamal Umudlu olacaq. Matçın hakim-inspektoru vəzifəsi Anar Salmanova tapşırılıb. Erkin Hüseynov görüşə AFFA nümayəndəsi kimi təyinat alıb.
Xatırladaq ki, sabah keçiriləcək “Qəbələ” – “Qarabağ” matçı saat 16:00-da başlayacaq.
Azərbaycan kuboku
Yarımfinal, ilk oyun
23 aprel (çərşənbə axşamı)
16:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu