Azərbaycan Premyer Liqasında VIII turun oyunları üçün bütün təyinatlar açıqlanıb. II dövrənin ilk turundakı görüşlərinin hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub. “Qəbələ”nin “Qarabağ”la matçının təyinatları da müəyyənləşib. Oktyabrın 19-da keçirilən qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq. FİFA referisinə Akif Əmirəli və Rza Məmmədov kömək edəcəklər. Oyunun dördüncü hakimi funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Xatırladaq ki, Qəbələ şəhər stadionundakı matç saat 17:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
VIII tur
19 oktyabr (şənbə)
17:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu