«Qəbələ» - «Qarabağ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 20 Dekabr 2020 | 00:13205
«Qəbələ» - «Qarabağ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XII turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Bu gün keçiriləcək görüşlərinin hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub. “Qəbələ”nin “Qarabağ”la matçının təyinatları da müəyyənləşib. Qarşılaşmanın baş hakimi Rauf Cabarov olacaq. FİFA referisinə Namiq Hüseynovla Müslüm Əliyev,kömək edəcəklər. Oyunun dördüncü hakimi funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Zöhrab Qədiyev hakim-inspektor, Əsgər Əmirəliyev AFFA nümayəndəsi olacaq.

Xatırladaq ki, Qəbələ şəhər stadionundakı matç saat 15:00-da başlayacaq.

 Azərbaycan Premyer Liqası

XII tur

20 dekabr (bazar)

15:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, İnqilab Məmmədov 

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Qəbələ şəhər stadionu