Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları üçün ilk təyinatlar açıqlanıb. Fevralın 6-da keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. “Qarabağ”la qarşılaşacaq “Qəbələ”nin ev matçına təyinatlar da bəlli olub. Qəbələ şəhər stadionundakı görüşü Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəl olacaq. Dördüncü hakim funksiyasını Namiq Bəkirov yerinə yetirəcək. Matçın hakim-inspektoru Anar Salmanov, AFFA nümayəndəsi Rüfət Əmirov olacaq.
Xatırladaq ki, fevralın 6-da keçiriləcək “Qəbələ” - “Qarabağ” matçı saat 15:00-da başlayacaq.
Azərbaycan kuboku
1/4 final
Cavab oyunları
6 fevral (şənbə)
15:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu