Azərbaycan Premyer Liqasında XXIV turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Sabah keçiriləcək görüşlərin hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub. “Qəbələ”nin “Qarabağ”la matçının təyinatları da müəyyənləşib. Qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq. Ona Pərvin Talıbovla Müslüm Əliyev kömək edəcəklər. Oyunun dördüncü hakimi funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Feyzulla Feyzullayev hakim-inspektor, Erkin Hüseynov AFFA nümayəndəsi olacaq.
Xatırladaq ki, Qəbələ şəhər stadionundakı matç saat 17:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XXIV tur
25 aprel (bazar)
17:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Kamal Umudlu
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu