«Qəbələ» - «Qarabağ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 26 Noyabr 2021 | 12:12213
«Qəbələ» - «Qarabağ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XII turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Sabah start götürəcək turun görüşlərinin hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub. “Qəbələ”nin “Qarabağ”la matçının təyinatları da müəyyənləşib. Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq. Ona Zöhrab Abbasov və Vüqar Bayramov kömək edəcəklər. Oyunun dördüncü hakimi funksiyasını Namiq Bəkirov yerinə yetirəcək. 

Xatırladaq ki, noyabrın 29-da Qəbələ şəhər stadionundakı matç saat 16:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

XII tur

29 noyabr (bazar ertəsi)

16:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Vüqar Bayramov, Namiq Bəkirov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Qəbələ şəhər stadionu