Azərbaycan kubokunda yarımfinalın ilk oyunları üçün bütün təyinatlar açıqlanıb. Sabah baş tutacaq görüşlərin hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub. “Qəbələ”nin “Qarabağ”la matçının təyinatları da müəyyənləşib. Qarşılaşmanın baş hakimi Kamal Umudlu olacaq. Ona Rəhman İmami və Vüsal Məmmədov kömək edəcəklər. Oyunun dördüncü hakimi funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək.
Xatırladaq ki, aprelin 20-də Qəbələ şəhər stadionundakı matç saat 17:30-da başlayacaq.
Azərbaycan kuboku
Yarımfinal, ilk oyunlar
20 aprel (çərşənbə)
17:30. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu