Azərbaycan Premyer Liqasında XXIV turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Aprelin 24-də baş tutacaq görüşlərin hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub. “Qəbələ”nin “Qarabağ”la matçının təyinatları da müəyyənləşib. Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq. Ona Rahil Ramazanov və Rəhman İmami kömək edəcəklər. Oyunun dördüncü hakimi funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.
Xatırladaq ki, aprelin 29-da Qəbələ şəhər stadionundakı matç saat 17:30-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XXIV tur
24 aprel (bazar)
17:30. “Qəbələ” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu