Misli Premyer Liqasında IX turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Oktyabrın 7-9-da baş tutacaq görüşlərin hakimləri də bəlli olub. “Qəbələ”nin “Qarabağ”la matçının təyinatları da müəyyənləşib. Qarşılaşmanın baş hakimi Nicat İsmayıllı olacaq. Ona Cavanşir Yusifov və Müslüm Əliyev kömək edəcəklər. Oyunun dördüncü hakimi funksiyasını Vüqar Həsənli yerinə yetirəcək.
Xatırladaq ki, oktyabrın 9-da Qəbələ şəhər stadionundakı matç saat 17:00-da başlayacaq.
Misli Premyer Liqası
IX tur
9 oktyabr (bazar)
17:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Anar Salmanov
Qəbələ şəhər stadionu