«Qəbələ» - «Qarabağ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 19 Dekabr 2022 | 10:151756
«Qəbələ» - «Qarabağ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan kubokunda 1/4 finalın cavab oyunları üçün bütün təyinatlar açıqlanıb. Bu gün start götürəcək görüşlərin hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub. “Qəbələ”nin “Qarabağ”la matçının təyinatları da müəyyənləşib. Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq. Ona Rahil Ramazanov və Rəhman İmami kömək edəcəklər. Oyunun dördüncü hakimi funksiyasını Vüqar Həsənli yerinə yetirəcək. 

Xatırladaq ki, bu gün Qəbələ şəhər stadionundakı matç saat 16:00-da başlayacaq.

 

Azərbaycan kuboku

1/4 final, cavab oyunları

19 dekabr (bazar ertəsi)

16:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu