«Qəbələ» - «Qarabağ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 2 Mart 2023 | 15:531615
«Qəbələ» - «Qarabağ» oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında XXV turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Martın 3-5-də baş tutacaq görüşlərin hakimləri də bəlli olub. “Qəbələ”nin “Qarabağ”la matçının təyinatları da müəyyənləşib. Qarşılaşmanın baş hakimi Kamal Umudlu olacaq.

Xatırladaq ki, martın 5-də Qəbələ şəhər stadionundakı matç saat 17:00-da başlayacaq.

Misli Premyer Liqası

XXV tur

5 mart (bazar)

17:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Teymur Teymurov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu