Misli Premyer Liqasının XXIII turundan təxirə salınmış “Qəbələ” – “Qarabağ” oyununun təyinatları açıqlanıb. Sabah keçiriləcək matçın hakimləri müəyyənləşib.
Qəbələ şəhər stadionundakı görüşü Tural Qurbanov idarə edəcək. Onun köməkçiləri Vüsal Məmmədov və Rəhman İmami olacaqlar. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək.
Qeyd edək ki, matç saat 19:00-da başlayacaq.
Misli Premyer Liqası
XXIII turdan təxirə salınmış oyun
28 fevral
19:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu