Azərbaycan kubokunda 1/8 final mərhələsinin təyinatları açıqlanıb. Dekabrın 3-4-də baş tutacaq görüşlərin hakimləri bəlli olub.
“Qəbələ”nin “Qarabağ”la ev matçının təyinatları da müəyyənləşib. İkinci oyun günündə keçiriləcək qarşılaşmanın baş hakimi Rauf Cabarov olacaq. Ona Rəhman İmami və Kərim Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. Matçın hakim-inspektor Munis Abdullayev olacaq.
Qeyd edək ki, dekabrın 4-də Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 16:00-da başlayacaq.