“Qəbələ” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 19 Dekabr 2025 | 10:0018281
“Qəbələ” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında 2025-ci ilin son təyinatları açıqlanıb.

 

Dekabrın 21-də keçiriləcək “Qəbələ” – “Qarabağ” oyununun baş hakimi Əli Əliyev olacaq. Ona Namiq Hüseynov və Cəmil Quliyev kömək edəcəklər.

 

Nicat İsmayıllı dördüncü hakim, Rauf Cabarov VAR, Elşad Abdullayev AVAR funksiyasını yerinə yetirəcək. Anar Salmanov hakim-inspektor, Eldar Məmmədov AFFA nümayəndəsi olacaq.

 

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.