“Qəbələ” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 7 May 2026 | 10:0235
“Qəbələ” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında XXXI turun təyinatları açıqlanıb.

 

Mayın 9-da keçiriləcək “Qəbələ” – “Qarabağ” oyununu İnqilab Məmmədov idarə edəcək. Rahil Ramazanov və Orxan İbişov baş hakimin köməkçiləri, İslam Məmmədov dördüncü hakim olacaq.

 

Əli Əliyev VAR, Kamran Bayramov AVAR funksiyasını yerinə yetirəcək. Matçın hakim-inspektoru Ceyhun Haşımov olacaq.

 

Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 17:00-da başlayacaq.