Misli Premyer Liqasında X turun təyinatları açıqlanıb.
Oktyabrın 31-də keçiriləcək “Qəbələ” – “Qarabağ” matçının baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Şirmamed Mamedov və Teymur Teymurov kömək edəcək.
Nazim Abdullayev dördüncü hakim, Cavid Cəlilov VAR, Kamran Bayramov AVAR funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi Elçin Mehtiyev olacaq.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 17:30-da başlayacaq.