«Qəbələ» – «Qarabağ» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 19 Noyabr 2021 | 14:32176
«Qəbələ» – «Qarabağ» oyununun vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasının XII turunun oyun cədvəli açıqlanıb. Üç günü əhatə edəcək matçların vaxtı və yeri dəqiqləşib. “Qəbələ”nin “Qarabağ”la qarşılaşmasının vaxtı müəyyənləşib. Matç Qəbələ şəhər stadionunda keçiriləcək. Noyabrın 29-dakı görüş saat 16:00-da başlayacaq. 

Xatırladaq ki, qarşılaşma “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

 

Azərbaycan Premyer Liqası

XII tur

29 noyabr (bazar ertəsi)

16:00. “Qəbələ” – “Qarabağ”

Qəbələ şəhər stadionu