«Qəbələ» - «Qarabağ» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 11 Aprel 2022 | 17:19385
«Qəbələ» - «Qarabağ» oyununun vaxtı müəyyənləşdi

Azərbaycan kubokunda 1/2 final mərhələsinin ilk oyunlarının cədvəli açıqlanıb. Aprelin 20-də baş tutacaq matçların vaxtı və yeri dəqiqləşib. “Qəbələ”nin “Qarabağ”la evdə keçirəcəyi oyunun da vaxtı bəlli olub. Görüş saat 17:30-da başlayacaq. Matç Qəbələ şəhər stadionunda təşkil olunacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, cavab oyunu aprelin 29-da baş tutacaq.

Azərbaycan Kuboku

Yarımfinal, ilk oyun

20 aprel (çərşənbə)

17:30. “Qəbələ” – “Qarabağ”

Qəbələ şəhər stadionu