Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının cədvəli açıqlanıb. Dekabrın 19-20-də baş tutacaq matçların vaxtı və yeri dəqiqləşib. “Qəbələ”nin “Qarabağ”la evdə keçirəcəyi oyunun da vaxtı bəlli olub. Dekabrın 19-dakı görüş saat 16:00-da başlayacaq. Matç Qəbələ şəhər stadionunda təşkil olunacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan kuboku
1/4 final, cavab oyunu
19 dekabr (bazar ertəsi)
16:00. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu