Misli Premyer Liqasında VII turun oyun cədvəli açıqlanıb. Sentyabrın 23-25-də baş tutacaq matçların vaxtı və yeri dəqiqləşib. “Qəbələ”nin “Qarabağ”la evdə keçirəcəyi oyunun da vaxtı bəlli olub. Turun son günündə baş tutacaq görüş saat 19:00-da başlayacaq. Matç Qəbələ şəhər stadionunda təşkil olunacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Misli Premyer Liqası
VII tur
25 sentyabr (bazar ertəsi)
19:00. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu