I Liqada II dövrənin ilk təyinatları açıqlanıb.
Dekabrın 18-19-da baş tutacaq X turun görüşlərinin hakimləri bəlli olub. “Qəbələ”nin “Qaradağ Lökbatan”la ev matçının təyinatları da müəyyənləşib.
Sabah keçiriləcək qarşılaşmanın baş hakimi Ruslan Quliyev olacaq. Ona Qəzənfər Məmmədov və Taleh Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Namiq Bəkirov yerinə yetirəcək. Görüşün hakim-inspektoru Anar Salmanov, AFFA nümayəndəsi Elçin Mehtiyev olacaq.
Qeyd edək ki, dekabrın 19-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qaradağ Lökbatan” matçı saat 15:00-da başlayacaq.