Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ" toplanış çərçivəsində 3-cü yoxlama oyununu keçirib. Qırmızı-qaralar Ukrayna Premyer Liqasında çıxış edən Zaparojye "Metallurq"u ilə üz-üzə gəlib.
"Qəbələ" matça aşağıdakı heyətlə start verib:
Dieqo Koşta Silva, Omar Kalabane, Deyan Kelhar, Valentiç, Pulhak, Elmar Baxşıyev, Aleksandr Çertoqanov, Fuad Heydərov, Rəşad Abdullayev, Viktor Mendi, Emin İmaməliyev.
Matç tərəflərin qarşılıqlı hücümları ilə başlayıb. Hissə ərzində hər iki komanda bir neçə fərqlənmək imkanı qazansa da, hesab açılmayıb.
İkinci yarıya fərqli heyətlə çıxan "Qəbələ" tezliklə qol səssizliyini pozub. 49-cu dəqiqədə Ceyhun Sultanov effektiv zərbə ilə baxımlı qola imza atıb. "Qəbələ" qələbə hesabını 83-cü dəqiqəyə kimi qoruya bilib. "Metallurq"un təzyiqi final fitinə 7 dəqiqə qalmış öz bəhrəsini verib - 1:1. Bu matçda vurulan son qol olub və "Qəbələ" Antalyada keçirdiyi 3-cü oyundan heç-heçə ilə ayrılıb.