“Qəbələ” – “Kəpəz” – 3:1
Domi Massoumou, 25, İsmaheel Akinade, 31, Qədir Ramazanov, 80
“Qəbələ” 2025/26 mövsümünün ikinci hissəsinin hazırlığı çərçivəsində ilk yoxlama oyununu keçirib.
“Qırmızı-qaralar” “Kəpəz”lə qarşılaşıb. Görüş Qəbələ şəhər stadionunda baş tutub.
İlk yarının ortalarında iki qol vuran komandamız fasiləyə üstünlüklə yollanıb. Öncə Domi Massoumou, ardınca İsmaheel Akinade rəqib qapısına yol tapıb.
İkinci hissədə komandalar hərəyə bir dəfə fərqlənib. “Qəbələ”nin üçüncü qoluna Qədir Ramazanov imza atıb. Beləliklə, komandamız 2026-cı ildəki ilk oyununda 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, hazırlıq çərçivəsində daha iki yoxlama oyunu keçirəcək “qırmızı-qaralar” yanvarın 14-də “Araz Naxçıvan”la, 18-də “Baku Sportinq”lə üz-üzə gələcək.