«Qəbələ» qələbə seriyasını 7-yə çatdırdı
Xəbərlər / 17 Aprel 2015 | 17:34207
«Qəbələ» qələbə seriyasını 7-yə çatdırdı

“Neftçi” – “Qəbələ” – 1:3
17 aprel 2015. Saat 20:00. “Bakcell Arena”, 1500 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Vaqif Musayev
Dördüncü hakim: Mahir Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Fazil Mürşüdov
Sarı vərəqələr: Denis Silva, 54 (qeyri-idman hərəkəti); Kaue da Silva, 61 (qeyri-idman hərəkəti); Emin Mehdiyev, 71 (qeyri-idman hərəkəti) // Ürfan Abbasov, 54 (qeyri-idman hərəkəti); Elvin Camalov, 61 (qeyri-idman hərəkəti)
Qollar: Nikolas Kanales, 44 // Aleksey Qay, 25; Cavid Hüseynov, 50; Viktor Mendi, 86
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.
Bu gün Topaz Premyer Liqasında XXX turun oyunları keçirilib. Turun son qarşılaşmasında “Qəbələ” “Neftçi” ilə görüşüb. Roman Qriqorçuk ötən turun görüşü ilə müqayisədə start heyətində heç bir dəyişiklik etməyib. Bu matçadək ardıcıl 6 qələbə qazanan “qırmızı-qaralar” səfər oyununa da qələbə istəyi ilə çıxıb.
Bunun nəticəsidir ki, turnir cədvəlində qonşu pillələrdə qərarlaşan rəqiblərin matçı qarşılıqlı hücumlarla başlayıb. Elə ilk dəqiqədə Dmitri Bezotosnı oyuna daxil olub, inamlı təsir bağışlayıb. “Qəbələ”nin cavabı Aleksey Qayla gəlib. Həmin epizodda bakılıların müdafiəçisi komandasını xilas edib. Cavid Hüseynovun cərimə zərbəsi zamanı isə meydan sahiblərinin qolkiperi topu uzaqlaşdırmağa nail olub. Birinci hissənin ilk yarısında daha çox hücum edən “Qəbələ”nin sağ cinahdan iki cərimə zərbəsi də yaddaqalan olub. Hər iki standard vəziyyəti Ruslan Abışov yerinə yetirib. 24-cü dəqiqədə bu cinahdan cərimə meydanına ötürmədən sonra təcrübəli Viktor Mendi topu sinəsi ilə saxlayaraq, Qayı zərbə mövqeyinə çıxarıb. Ukraynalının zərbəsi isə qolla nəticələnib – 1:0. Bu epizodda rəqib qapıçı da səhvə yol verib. Az keçməmiş bakılılar hesabı bərabərləşdirmək üçün imkan qazanıb. Amma Kanalesin zərbəsi dirəyin yanından ötüb. Qayın 36-cı dəqiqədə qapıya ünvanlandığı top isə tirin üstündən keçib. Hissənin son dəqiqələrində isə “Neftçi” Kanalesin qolu ilə hesabı bərabərləşdirib – 1:1.
İkinci hissədə də azarkeşlər qarşılıqlı hücumlara şahid olublar. Fasilədən az sonra “Qəbələ” hesabda önə keçməyi bacarıb. Rəqib müdafiəçilər arasında anlaşılmazlıqdan yaranan Cavid qapıçı ilə təkbətək çıxıb. Qolkiper ilk zərbəni dəf etsə də, yarımmüdafiəçi təkrar toxunuşla topu boş qapıdan keçirib. Qoldan sonra qarşılaşma daha gərgin keçib. Meydan sahibləri məğlubiyyətdən xilas olmaq üçün daha böyük qüvvəylə irəli atılıb. Bu isə “qırmızı-qaralar”a sürətli əks-hücumlar təşkil etmək imkanı yaradıb. Epizodların birində Bezotosnı komandamızı qoldan xilas edib. Ukraynalı qapıçı Julius Vobayın qüvvətli zərbəsini tutub. “Qəbələ” əks-hücumların birində 3-cü qolu vurmağa nail olub. Rəqib müdafiəçinin səhvindən yararlanan Mendi qapıçı ilə üz-üzə qalib. “Qırmızı-qaralar”ın tarixində ən çox qol vuran futbolçu bu imkanı qaçırmayıb – 3:1.
Beləliklə, xal hesabını 43-ə çatdıran “Qəbələ” ardıcıl 7-ci qələbəsini qazanıb.

“Neftçi”
30. Saşa Stamenkoviç
2. Karlos Kardozo
3. Denis Silva Kruz
(16. Əziz Quliyev, 63)
5. Elvin Yunuszadə
7. Araz Abdullayev
10. Julius Vobay
11. Nikolas Kanales
18. Kaue da Silva
19. Mirhüseyn Seyidov (k)
(17. Rəhman Hacıyev, 74)
21. Samir Məsimov
(8. Elşən Abdullayev, 80)
28. Emin Mehdiyev

Ehtiyat oyunçular:
1. Aqil Məmmədov
4. Rahil Məmmədov
15. Erik Ramos
90. Ernest Nfor

Baş məşqçi: Arif Əsədov

“Qəbələ”
22. Dmitri Bezotosnı
4. Elvin Camalov
9. Viktor Mendi
(32. Mixail Sivakov, 89)
14. Cavid Hüseynov
15. Ruslan Abışov (k)
18. Ruslan Fomin
(6. Rəşad Sadiqov, 80)
19. Aleksey Qay
20. Rikardinyo
27. Bəxtiyar Soltanov
34. Ürfan Abbasov
44. Rafael Santos

Ehtiyat oyunçular:
30. Anar Nəzirov
5. Sadiq Quliyev
7. Ruslan Əmircanov
16. Ruslan Tağızadə
26. Pavol Farkaş

Baş məşqçi: Roman Qriqorçuk