“Qəbələ” - “Al-Xaritiya” – 2:1
“Qəbələ” növbəti yoxlama oyununu keçirib.
Komandamız Qəbələdə təlim-məşq toplanışında olan Qətərin “Al-Xaritiya” klubu ilə qarşılaşıb. Görüş Qəbələ şəhər stadionunda baş tutub.
“Qırmızı-qaralar” bu qarşılaşmada 2:1 hesablı qələbə qazanıb. Komandamızın qollarına Nuğay Rəşidov və Antoni Hunpe imza atıb.
Qeyd edək ki, mövsümlərarası dövrdə son oyununu avqustun 4-də keçirəcək “qırmızı-qaralar” “Şamaxı” ilə üz-üzə gələcək. Matç Qəbələ şəhər stadionunda baş tutacaq.