“Qəbələ” – “Kəpəz” – 4:1
(Qismət Alıyev, 15; Fərid Nəbiyev, 31; Ülvi İsgəndərov, 53, 83 // Əli Səmədov, 22)
Bu gün əvəzedicilərin çempionatında mövsümün ilk yarısına yekun vurulub. “Qəbələ” II dövrənin son turunda “Kəpəz”lə qarşılaşıb. Ötən mövsümün çempionu olan “qırmızı-qaralar” ilin son oyununda da azarkeşlərini sevindirib. Ötən həftə liderliyə yüksələn komandamız mövqeyini böyükhesablı qələbə ilə qoruyub. Düzdür, Qismət Əliyevin hesabı açmasından sonra qonaqlar hesabda tarazlıq yaradıb. Lakin Fərid Nəbiyevin qolu “Qəbələ”nin fasiləyə üstün yollanmasına imkan verib. İkinci hissədə komandamız daha 2 qol vurub. Dubla imza atan Ülvi İsgəndərov böyükhesablı qələbəni rəsmiləşdirib – 4:1. Beləliklə, 4:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” ardıcıl 5-ci qələbəsini qazanıb. “Qəbələ” bununla da “qış çempionu” olub.
1 | Qəbələ | 14 | 9 | 2 | 3 | 31-14 | 29 |
2 | Neftçi | 14 | 9 | 1 | 4 | 22-15 | 28 |
3 | Qarabağ | 14 | 8 | 3 | 3 | 25-13 | 27 |
4 | Zirə | 14 | 5 | 5 | 4 | 17-14 | 20 |
5 | İnter | 14 | 5 | 4 | 5 | 9-10 | 19 |
6 | Kəpəz | 14 | 3 | 4 | 7 | 13-20 | 13 |
7 | Sumqayıt | 14 | 4 | 1 | 9 | 21-31 | 13 |
8 | AZAL | 14 | 3 | 0 | 11 | 18-39 | 9 |