“Qəbələ” qış fasiləsinə sülhlə yollandı
Oyun icmalı / 20 Dekabr 2011 | 20:00450
“Qəbələ” qış fasiləsinə sülhlə yollandı

“Qəbələ” – “Qarabağ” 0:0

21 dekabr  2011. Saat 14:00. Qəbələ şəhər stadionu. 1000 tamaşaçı
Baş hakim: Elçin Məmmədov
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Rahil Ramazanov
Dördüncü hakim: Əliyar Ağayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev 
Hakim-inspektor: Gülağa Cabarov
Sarı vərəqələr: Luiz Paulo Hilario, 43; Aleksandr Çertoqanov, 54 ; Daniel Lopes Kruz, 60 // Maksim Medvedev, 53; Rəşad Sadıqov, 88; Admir Teli, 89 
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

Unibank Premyer Liqasının 18-ci turu çərçivəsində “Qəbələ” doğma meydanda “Qarabağ”la qarşılaşdı. İlin son matçı altılıqda möhkəmlənmək baxımından hər iki komanda üçün mühüm əhəmiyyət kəsb edirdi. Xatırladaq ki, təsnifat mərhələsinin ilk dövrəsində Ağdamda baş tutan oyunda “Qəbələ” 1:0 qalib gəlmişdi. 
“Qəbələ” iddialı rəqibi qarşısına itkilərlə çıxsa da, matç boyu daha üstün tərəf oldu. İlk təhlükəli hücum matçın 6-cı dəqiqəsinə təsadüf etdi. İlk dəqiqələrdən fəallığı ilə seçilən Dodonun sol cinahdan qapı önünə verdiyi  ötürmədən sonra Mendi topu yaxın küncə istiqamətləndirsə də, Boyan Pavloviç yerində idi. Boyan qarşılaşmanın 27-ci dəqiqəsində bir daha diqqət mərkəzinə düşdü. Bu dəfə o, künc zərbəsindən sonra Saşa Yunisoğlunun başla qapıya göndərdiyi topu zərərsizləşdirdi. 38-ci dəqiqədə isə qapı dirəyi “Qarabağ”ın köməyinə yetdi. Dodonun qüvvətli zərbəsi qapışını keçsə də, qapı çərçivəsinə “ilişdi”. Hissə ərzində əsasən müdafiəyə diqqət ayıran “Qarabağ”ın yeganə təhlükəli vəziyyəti 41-ci dəqiqədə baş tutdu. Sağ cinahdan cərimə meydançasına daxil olan Əfran İsmayılov iki müdafiəçini arxada qoyaraq zərbə endirsə də, Doroşev diqqətli oynadı. 
İkinci hissəyə qonaqlar daha fəal başladılar. Arda-arda hücumlar təşkil edən Qurban Qurbanovun yetirmələrinin aktivliyi 65-ci dəqiqəyə kimi davam etdi. Matçın son 25 dəqiqəsində isə “Qəbələ” yenidən üstünlüyü ələ keçirdi. Bu dəqiqələrdə rəqibin kəskin hücumları qarşısını almaqda çətinlik çəkən “Qarabağ” hücumları əsasən kobudluqla dayandırmaq məcburiyyətində qalırdı. “Qəbələ” standart vəziyyətlərdən bir neçə təhlükəli vəziyyət yaratsa da, uğur qazana bilmədi. Xüsusən Lyubo Baraninin 82-ci dəqiqədə baş zərbəsi yaddaqalan oldu. Beləliklə, tərəflərin səylərinə baxmayaraq ilin son matçında hesab açılmadı və komandalar fasiləyə aktivlərini 1 xal artırmaqla yollandılar. 

Fatih Kavlak: “Belə gözəl stadionda Azərbaycanın qısa ötürmələrlə ən yaxşı oyun nümayiş etdirən komanandasına qarşı oynamağın çətin olacağını bilirdik. Hazırlıqlarımızı bu istiqamətdə apamışdıq. Gözəl oyun alındı. Standart vəziyyətlə hündürboylu oyunçularla uğur qazanmağa çalışdıq. 1 xalı çox güclü komandaya qarşı düzgün futbol oynayaraq qazandıq. Fasiləni müsbət dəyərlndirməyə çalışacağıq”.
"Qəbələ" 0:0 "Qarabağ" - 21.12.2011

 “Qəbələ”

12. Pavel Doroşev
3. Vurğun Hüseynov
6. Lyuba Baranin (k)
8. Bruno da Silva
9. Viktor Mendi
14. Veselko Trivunovic
17. Arif İsayev
(22. Murad Hüseynov, dəq.53)
18. Aleksandr Çertoqanov
26. Daniel Lopes Kruz
33. Saşa Yunisoğlu
77. Luiz Paulo Hilario Dodo

Ehtiyat oyunçular: 

30. Qrem Smit
5. Sergey Sokolov
7. Yaşar Abuzərov
25. Nuran Qurbanov
28. Müşfiq Teymurov
29. Amil Yunanov

Baş məşqçi: Fatih Kavlak

“Qarabağ”

99. Boyan Pavloviç
2. Qara Qarayev
5. Maksim Medvedev
7. Namiq Yusifov
11. Rauf Əliyev
(20. Nderim Nedzipi, dəq.68)
14. Rəşad Sadıqov
17. Vüqar Nadirov
(77. Georgi Adamiya, dəq.80)
22. Əfran İsmayılov
24. Admir Teli
25. Ansi Aqolli
88. Leonardo Roşa
(9. Bəxtiyar Soltanov, dəq.86)

Ehtiyat oyunçular:
1. Fərhad Vəliyev
4. Zaur Həşimov
10. Emin İmaməliyev
18. İlqar Qurbanov

Baş məşqçi: Qurban Qurbanov