Azərbaycan çempionatının I Liqasının qalibi olan “Qəbələ”nin mükafatlandırılma mərasimi keçirilib. Tədbir XXVI turun “Zaqatala” ilə oyunundan (4:0) sonra təşkil olunub.
“Qırmızı-qaralar” mövsümdəki son ev oyunundan sonra mükafatlarla təltif edilib. Qəbələ şəhər stadionunda keçirilən mərasimdə komandamıza qızıl medallar verilib. “Qəbələ” I Liqanın çempionluq kubokunu alıb.
Qeyd edək ki, çempionluğu öncədən təmin edən Qəbələnin eyniadlı təmsilçisi 26 matçdan sonra 64 xala malikdir.