«Qəbələ» reqbi festivalında - Fotoreportaj
Xəbərlər / 30 Oktyabr 2022 | 16:471513
«Qəbələ» reqbi festivalında - Fotoreportaj

"Qəbələ" İdman Klubu, Şamaxı Olimpiya Mərkəzi və Azərbaycan Reqbi Federasiyasının birgə təşkilatçılığı ilə 2010-2012-ci il təvəllüdlü yeniyetmələr arasında reqbi festivalı keçirilib. Yarışda yerli komandalar, həmçinin Qəbələ, Şuşa və Sumqayıt təmsilçiləri mübarizə aparıb. Şamaxı Olimpiya Mərkəzindəki tədbir birgə məşq prosesi ilə start götürüb. 

Yeniyetmə reqbiçilərin oyun təcrübəsi qazanması məqsədi daşıyan festivalın bütün iştirakçıları xatirə diplomları ilə təltif olunublar. “Libraff” kitab mağazaları şəbəkəsi tədbirə qatılan 70 yeniyetmə reqbiçiyə hədiyyə, hər komandanın ən yaxşı oyunçuları ilə məşqçilərinə mükafatlar, Azərbaycan Reqbi Federasiyası ən yaxşı reqbiçilərə xüsusi geyimlər təqdim edib.