«Qəbələ» rəsmiləri «Sosial media və rəqəmsal marketinq» seminarında
Xəbərlər / 17 Noyabr 2021 | 21:06226
«Qəbələ» rəsmiləri «Sosial media və rəqəmsal marketinq» seminarında

Bakı Olimpiya Stadionunda AFFA-nın “Klub dəstək proqramı” çərçivəsində “Sosial media və rəqəmsal marketinq” mövzusunda seminar başlayıb. “Qəbələ” İdman Klubunun rəsmiləri Zaur Əzizov və Anar Hacıyevin də qatıldığı seminarda UEFA-nın Milli Assosiasiyalar departamentinin əməkdaşları, Qazaxıstan və Estoniya Futbol Fedeasiyalarının, “Borussiya” (Dortmund, Almaniya) və “Şaxtyor” (Donetsk, Ukrayna) klublarının, müxtəlif agentliklərin nümayəndələri, AFFA, PFL, Premyer Liqa klublarının rəhbər şəxsləri, marketinq və ictimaiyyətlə əlaqələr sahəsində çalışan əməkdaşları iştirak edir.

Seminara açılış nitqi ilə başlayan AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov marketinqin müasir futbolda əhəmiyyətini vurğulayıb, UEFA-ya “UEFA GROW” layihəsi çərçivəsində davamlı dəstəyinə görə təşəkkür edib və seminar iştirakçılarına uğurlar arzulayıb. Təqdimatlar və qrup məşğələləri formatında keçirilən seminar noyabrın 18-də də davam edəcək. “Klub dəstək proqramı” AFFA-nın 2021-2025-ci illər inkişaf strategiyasının klub futboluna dəstək prioriteti çərçivəsində həyata keçirilir və 5 il ərzində Azərbaycan Premyer Liqasında iştirak edən klublara marketinq və ictimaiyyətlə əlaqələrlə bağlı sahələr üzrə dəstəyi özündə ehtiva edir.