“Qəbələ” – “Rəvan” 2:0
15 aprel 2016. Saat 16:00. Qəbələ şəhər stadionu, 600 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, İsgəndər Əliyev
Dördüncü hakim: Ziya Nəsirov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Vüsal Əliyev
Sarı vərəqələr: Rikardinyo, 68 (fitdən sonra topa zərbə); Elvin Camalov, 73 (sistematik qayda pozuntusu); Asif Məmmədov, 76 (qeyri-idman hərəkəti); Voislav Stankoviç, 88 (qeyri-idman hərəkəti) // Saşa Yunisoğlu, 54 (qeyri-idman hərəkəti), 61 (kobud oyuna görə)
Qırmızı vərəqə: Saşa Yunisoğlu, 61
Qollar: Asif Məmmədov, 80; Aleksey Antonov, 85
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 4 dəq.
Bu gün Topaz Premyer Liqasında XXX tura start verilib. “Qəbələ” öz meydanında “Rəvan”ı qəbul edib. Çempionatın autsayderini hər iki səfər matçında məğlub edib, evdə sülhlə kifayətlənən “qırmızı-qaralar” paytaxt təmsilçisi ilə görüşə 3 xal iddiası ilə çıxıb. Son 5 turda qalib gəlməyən komandamız ev oyununa fərqli heyətlə başlayıb. Belə ki, baş məşqçi Roman Qriqorçuk ötən turun “Sumqayıt”la qarşılaşması ilə müqayisədə start heyətində 5 dəyişiklik edib. O, müdafiəçilər Vojislav Stankoviçlə Rafael Santos, yarımmüdafiəçi Samir Zərgərov, həmçinin hücumçu Ermin Zetsə ilk “11-lik”də şans verməyib. Cəzalı Aleksey Qay da bu görüşdə meydana çıxmayıb. Ukraynalı mütəxəssis arxa xətdə Vitali Vernidubla Ruslan Abışova, orta sahədə Asif Məmmədovla Rikardinyoya, hücumda isə Aleksey Antonova ilk dəqiqələrdən şans verib. Oyuna fəal başlayan “qırmızı-qaralar” ilk dəqiqələrdən üstünlüyü ələ alıb. Rəqibi meydanın özünə aid hissəsinə çəkilməyə məcbur edən komandamız ardıcıl hücumlarla paytaxt təmsilçisinin arxa xəttini gərginlikdə saxlayıb. Lakin ilk 45 dəqiqədə bu üstünlüyü qola çevirmək mümkün olmayıb. Düzdür, Asif Məmmədov rəqib qapısına yol tapıb. Lakin hakim oyundankənar vəziyyət qeydə alıb. Rəşad Sadiqovun zərbəsi isə dirəkdən dönüb. Bu epizodda Sergey Zenyovun təkrar zərbəsində də dəqiqlik çatmayıb. Ruslan Abışovun ilk yarıda zədələnməsi isə məcburi əvəzetmə ilə nəticələnib. Fasilədən sonra oyunçu dəyişikliyini zəruri hesab edən Qriqorçuk Samir Zərgərovu meydana buraxıb. Onun sağ cinahda yer alması ilə Rikardinyo sola, Asif Məmmədov isə meydanı tərk edən Zenyovun yerinə keçib. Rəqib qapısına təzyiqi artıran “Qəbələ”nin qarşısını almaq üçün qayda pozuntularına da yol verən “Rəvan” 62-ci dəqiqədə azlıqda qalıb. Bundan sonra daha çox hücum edən “qırmızı-qaralar” 80-ci dəqiqədə hesabı açıb. Asif Məmmədov fərdi ustalığı hesabına sol ayaqla uzaq küncü dəqiq nişan alıb – 1:0. Bu, onun cari çempionatda ilk qolu olub. 5 dəqiqə sonra qonaqlar yenidən oyuna mərkəzdən başlamalı olub. Rikardinyonun sol cinahdan hava ötürməsini Aleksey Antonov qapıya göndərib. Bu, onun cari çempionatda 7-ci qolu olub ki, bununla da ukraynalı hücumçu komandamızın ən məhsuldar oyunçusu Aleksey Qaya çatıb. Matçın son dəqiqələrində “Qəbələ” 3-cü qola yaxın olub. Lakin Sadiqovun zərbəsi yenə dirəyə tuş gəlib. Beləliklə, 2:0 hesabı ilə qalib gələn “Qəbələ” xal hesabını 46-ya çatdıraraq, 4-cü pilləyə yüksəlib.
“Qəbələ”
22. Dmitri Bezotosni
4. Elvin Camalov
6. Rəşad Sadiqov (k)
9. Sergey Zenyov
(66. Samir Zərgərov, 46)
11. Asif Məmmədov
15. Vitali Vernidub
20. Rikardinyo
21. Arif Daşdəmirov
34. Urfan Abbasov
(32. Rəşad Eyubov, 72)
69. Aleksey Antonov
87. Ruslan Abışov
(3. Voislav Stankoviç, 29)
Ehtiyat oyunçular:
33. David Pietrzkeviç
5. Pavel Paşayev
18. Vadim Abdullayev
77. Ehtiram Şahverdiyev
Baş məşqçi: Roman Qriqorçuk
“Rəvan”
1. Rəşad Əzizli
17. Ramazan Abbasov (k)
21. Novruz Məmmədov
2. Ruslan Tağızadə
13. Cəmşid Məhərrəmov
(99. Əziz Hüseynov, 86)
3. Saşa Yunisoğlu
4. Kənan Müslümov
15. Ceyhun Abdullayev
(86. Yasin Həmid, 56)
16. Orxan Lalayev
9. Nuran Qurbanov
(7. Elvin Həsənəliyev, 83)
8. Məmməd Quliyev
Ehtiyat oyunçular:
12. Elçin Sadıqov
11. Elnur Abdulov
29. Əziz Quliyev
5. Mirkamil Haşımlı
Baş məşqçi: Bəhmən Həsənov