«Qəbələ» «Rəvan»la matça hazırlaşır - Fotoreportaj
Xəbərlər / 18 Sentyabr 2013 | 20:46217
Topaz Premyer Liqasının VII turunda doğma meydanda "Rəvan"ı qəbul edəcək "Qəbələ" matçın hazırlıqlarını davam etdirir. Bu gün baş məşqçi Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesində futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər. Hazırlıq prosesinə ikitərəfli oyunla yekun vurulub. Məşqdə hazırda bərpa prosesi keçən Rail Məlikov iştirak etməyib.