«Qəbələ» Rumuniya çempionatının liderinə qalib gəldi
Oyun icmalı / 30 Yanvar 2013 | 21:16469
«Qəbələ» Rumuniya çempionatının liderinə qalib gəldi

"Qəbələ" - "Styaua" 1:0
Qol: Dodo, 78.

Hazırlıqlarının Antalya mərhələsini yekunlaşdırmaq üzrə olan "Qəbələ" qardaş ölkədə 5-ci yoxlama oyununu keçirib. Bu dəfə qırmızı-qaralar daha öncə qarşılaşdığı 4 rəqiblə müqayisədə daha tanınmış və titullu komanda ilə - hazırda Rumıniya yüksək liqasına başçılıq edən "Styaua" ilə üz-üzə gəlib. 
"Qəbələ" meydançaya aşağıdakı start heyətlə çıxıb:
Dieqo Koşta Silva, Omar Kalabane, Luka Jinko, Rəşad Abdullayev, Dodo, Kristian Pulhak, Emeqara, Viktor Mendi, Deyan Kelhar, Amit Quluzadə, Mustafa Dabo. 

Matç rumunların sürətli hücumları ilə start götürüb. Buna baxmayaraq, bütün xətlərdə diqqətli oyun nümayiş etdirən Ramiz Məmmədovun yetirmələri rəqibə qapı ağzında təhlükəli epizod yaratmaq imkanı verməyiblər. "Styaua"nı tez-tez əks hücumda yaxalayan qırmızı-qaralar ilk hissə ərzində bir neşə fərqlənmək imkanı yaratsalar da, fasiləyədək hesab açılmayıb.
İkinci hissə də eyni ssnera üzrə davam edib. Ön xətdə Mendi və Dodonun sürətli keçidləri hesabına rəqib müdafiəsini təzyiq altında saxlayan "Qəbələ" nəhayət 78-ci dəqiqədə hesabı açıb. Qapıçı ilə üz-üzə qalan Dodo topu tora qovuşdurub - 1:0. Matçın qalan dəqiqələrində oyuna sonradan daxil olan Yannik Kamanan fərqlənmək imkanı qazansa da, hesab dəyişməyib və "Qəbələ" Rumıniya lideri üzərində qələbə qazanıb.