Mayın 14-də Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçiriləcək. “Qəbələ” öz meydanında “Sabah”la görüşəcək. Bu, “qırmızı-qaralar”ın cari mövsümdə son ev oyunu olacaq. Komandamız paytaxt təmsilçisi ilə 15-ci dəfə qarşılaşacaq. Əvvəlki 14 matçda üstünlük “Qəbələ”nin tərəfindədir. 8 dəfə rəqibini məğlub edən komandamız 1 dəfə heç-heçə edib və 5 oyunda uduzub. Baş tutan görüşlərdə 17 qola sevinən futbolçularımız 14 top buraxıb. Davit Volkovla Klesio Bauk “Sabah”ın qapısına daha çox - hərəyə 3 qol vurublar.
Rəqiblər çempionatda 10 dəfə üz-üzə gəlib. “Qəbələ” 4, “Sabah” 5 dəfə qalib gəlibsə, bir görüş heç-heçə bitib. 9 qol vuran “qırmızı-qaralar” öz qapısından 12 top buraxıb.
“Qəbələ” ev qarşılaşmalarında üstünlüyə malikdir. Evdə 4 qələbə və 1 heç-heçəsi olan komandamız yalnız 1 matçda məğlub olub. Bu oyunlarda 10 qola sevinən futbolçularımız 7 top buraxıb.
Xatırladaq ki, mayın 14-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Sabah” oyunu saat 17:00-da başlayacaq.
2018/19 mövsümü
16.09.2018. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 1:0
Marko Deviç, 23
04.11.2018. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 2:1
Ceyms Adeniyi, 5; Stiven Monroz, 15 // Bəxtiyar Soltanov, 52
16.12.2018. Azərbaycan Kuboku. “Qəbələ” – “Sabah” – 1:0
Filip İvanoviç, 45 (ö.q.)
20.12.2018. Azərbaycan Kuboku. “Sabah” – “Qəbələ” – 0:1
Ceyms Adeniyi, 80
09.02.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1
Rauf Əliyev, 31
01.04.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 0:0
2019/20 mövsümü
14.09.2019. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 0:1
Roman Hüseynov, 47
03.11.2019. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 1:2
Davit Volkov, 43 // Cavid İmamverdiyev, 54; Hendrik Ekşteyn, 73
15.12.2019. Azərbaycan kuboku. “Qəbələ” – “Sabah” – 3:0
Klesio Bauk, 19, 43; Ülvi İsgəndərov, 87
19.12.2019. Azərbaycan kuboku. “Sabah” – “Qəbələ” – 2:3
Bəhlul Mustafazadə, 62, 75 // Davit Volkov, 22, 23; Klesio Bauk, 65
07.02.2020. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:2
Marko Deviç, 19; Mario Marina, 22; Ehtiram Şahverdiyev, 64 (ö.q.) // Ülvi İsgəndərov, 5; Nikolas Raysel, 90+2 (p.)
2020/21 mövsümü
13.09.2020. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 3:0
Coşqun Diniyev, 17; Bəhlul Mustafazadə, 28; Ramil Şeydayev, 64
31.10.2020. Premyer Liqa. “Qəbələ” – “Sabah” – 2:1
Yusif Nəbiyev, 31; Nikolas Raysel, 53 // Ramil Şeydayev, 81
04.04.2021. Premyer Liqa. “Sabah” – “Qəbələ” – 1:0
Ramil Şeydayev, 45+1