Misli Premyer Liqasında IV tura sabah yekun vurulacaq. Turun son gününün yeganə qarşılaşması Qəbələ şəhər stadionunda baş tutacaq.
“Qəbələ” mövsümün ikinci ev matçında “Sabah”la görüşəcək. “Qırmızı-qaralar” bu gün oyunöncəsi son məşqinə çıxıb. Elmar Baxşıyevin yetirmələri bununla da matçın hazırlığını başa vurub.
Xatırladaq ki, “Qəbələ” – “Sabah” oyunu saat 20:00-də başlayacaq.