«Qəbələ» «Sabah»la qarşılaşacaq
Xəbərlər / 3 Avqust 2021 | 20:17182
«Qəbələ» «Sabah»la qarşılaşacaq

“Qəbələ” 2021/22 mövsümünün hazırlığını davam etdirir. Bakıda toplanışda olan “qırmızı-qaralar” məşqlərini paytaxtda keçirir. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda hazırlıq prosesini Bakı Olimpiya Stadionunda gerçəkləşdirir. Komandamız toplanış çərçivəsində daha bir yoxlama oyunu keçirəcək. “Qəbələ” “Sabah”la üz-üzə gələcək. Qarşılaşma avqustun 7-də baş tutacaq. “Bank Respublika Arena”da keçiriləcək matç saat 19:00-da başlayacaq.

Xatırladaq ki, “qırmızı-qaralar” bunadək Bakı toplanışında üç oyun keçirib. “Qəbələ”  “Zirə” (0:3, 2:1) və “Səbail”lə (3:2) görüşüb.