«Qəbələ» - «Sabah» matçının hakimləri müəyyənləşdi
Xəbərlər / 13 May 2021 | 21:13189
«Qəbələ» - «Sabah» matçının hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasının XXVII  turunun bütün təyinatları açıqlanıb. Eyni gündə baş tutacaq oyunların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub. “Sabah”la görüşəcək “Qəbələ”nin ev matçının təyinatları da müəyyənləşib. Sabah keçiriləcək qarşılaşmanı Elçin Məsiyev idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayevlə Pərvin Talıbov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək. Qəbələ şəhər stadionunda baş tutacaq oyunun hakim-inspektoru Rövşən Əhmədov, AFFA nümayəndəsi Bəhram Qurbanov olacaq.

Xatırladaq ki, sabah keçiriləcək “Qəbələ” - “Sabah” görüşü saat 17:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

XXVII tur

14 may (cümə)

17:00. “Qəbələ” –“Sabah”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Qəbələ şəhər stadionu